ABŞ Azərbaycanla münasibətləri normallaşdırmasa Cənubi Qafqazda itirən ABŞ olacaq-Kazım Kazımov -ÖZƏL

"Təəssüflər olsun ki, Ceyms O`Brayın bu çıxışı Soyuq müharibə dövrünü xatırladan çıxışlara bənzəyir".

Bu fikirləri pooitoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Çünki, "ya ABŞ, ya Rusiya", "ya Vaşinqton, ya Moskva" sözləri 1989-cu ilə kimi Soyuq müharibə de-fakto de-yure bitənə qədər gündəmdə olan sözlər idi. Çünki, o dövrdə bilindiyi kimi dünya iki cəbhəyə bölünmüşdü: sosialist cəbhə, kapitalist cəbhə. Bu dövrdə xüsusən Şərqi Avropa, Qərbi Avropa, Afrikanın bir çox ölkəsi, Asiya bölünmüşdü. Bunlar ya Sovet İttifaqının yanında idilər ya ABŞ-nin. Ancaq 1989-cu ildə SSRİ və ABŞ öz aralarında razılığa gələrək Soyuq müharibəni bitirdilər. Daha sonra bu məsələ tamamilə gündəmdən düşdü deyə bilərik. Hətta 1990-cı, 2000-ci illərin başlarında ABŞ dövlət rəhbərləri, hətta 2008-ci ildə Barak Obama özü şəxsən BMT-dəki çıxışında bildirmişdi ki, artıq çoxqütblü dünyaya ehtiyac var. Nə təkcə ABŞ-nin hakimiyyəti olsun, nədəki, ABŞ və Çin və yaxud da ABŞ və Rusiya rəqabətində bir dünya olmasın. Avropa İttifaqı, Çin, Rusiya və başqa ölkələr də yüksələrək çoxqütblü bir dünya əmələ gəlsin çıxışında olmuşdur. Tək bu çıxışla deyil, ABŞ-nin son illərdə atdığı addımlarla görürük ki, ABŞ əslində bir daha təkqütblü dünya arzulayır. Bu ABŞ üçün daha rahatdır. ABŞ istəyir ki, Rusiya və Çinlə münaqişələrin kəskinləşdiyi dövrdə ancaq Soyuq müharibə məntiqi ilə hərəkət etməyə çalışır. Bu məntiq bu gün demək olar ki, köhnəlibdir. Çünki, artıq o dövrün dünyası yoxdur. Artıq ölkələr hər cəhətdən tərəqqi ediblər. Dünyada insanların beynəlxalq siyasətə baxışı çox fərqlidir. Yaxşı olar ki, ABŞ-də bunu görsün. Azərbaycan məsələsinə gəldikdə isə təssüflər olsun ki, Azərbaycanın Qarabağdakı parlaq qələbəsindən, öz suverenliyini bütün respublika ərazisində təmin etməsindən sonra Qərb dairələri və xüsusən, ABŞ-nin içərisində erməni lobbisi ilə yaxın olan tərəflər Azərbaycanın bu qədər ciddi qələbəsini həzm edə bilmədilər. İstəmirlər ki, Azərbaycan Cənubi Qafqazda bu gün müstəqil siyasət həyata keçirən ölkəyə çevrilsin. Çünki, İranla, Rusiyayla münaqişənin yaşandığı bir zonada ABŞ onun sözündən çıxmayan ölkələr arzu edir. Ancaq bu Azərbaycanın həm bugünki, həm dünənki tarixinə ziddir. Çünki Azərbaycanın müstəqillik tarixindən bu yana xüsusən Azərbaycanda Birinci Qarabağ münaqişəsi sona çatdıqdan sonra Azərbaycan hər zaman dünyada balanslı siyasət yürütmüşdür. Həm Rusiyayla, həm Amerikayla, həm Avropayla, həm də  digər ölkələrlə Azərbaycan balanslı siyasətini qorumuşdur. Bu Azərbaycan siyasətinin dünən də bu gün də prioritetini təşkil edir. Görünən odur ki, ABŞ Azərbaycanın bu prioritetini bu gün qəbul etmək istəmir, hansı ki, dünən ABŞ bunu alqışlayırdı. Torpaqları işğal altında olan Azərbaycanın bu siyasətini qəbul edir, qələbə qazanmış Azərbaycanın bu siyasətini qəbul etmir. ABŞ nə qədər böyük güc olsa da nəticə etibarilə regionda son sözü region ölkələri deyir. Bu gün Azərbaycanın regionda qalib ölkəyə çevrilməsi və regionda müstəqil siyasət aparması artıq regionun qaçılmaz gerçəklərindən biridir. Ümid edirəm ki, ABŞ Azərbaycanın bu mövqeyini görəcək və bu mövqe qarşısında normal əlaqələr qurmağa davam edəcəkdir. Əks təqdirdə ABŞ regionda özünə Ermənistan kimi böhran içərisində olan bir ölkəni tərəfdar seçmək istəyirsə, seçsin. Ancaq Ermənistan da iki arada bir dərədə qalmış ölkədir. Rusiyayla əlaqələri davam edir, bir tərəfdən də qərbpərəst bir siyasət yürürməyə çalışır. Belə bir şəraitdə təbii ki, biz Ermənistanın müəyyən addımlar xaricində ABŞ-ə çox da yaxınlaşacağını görmürük. Belə qeyri-müəyyənlik dövründə ABŞ Azərbaycanla münasibətləri normallaşdırmasa Cənubi Qafqazda itirən ABŞ olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31