Ölkə üzrə seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb

Ölkə üzrə 1 000 seçki məntəqəsində - ümumi seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

"Bu seçkilərdə veb-kamera quraşdırılan məntəqələrin sayı əvvəlki seçkilərlə müqayisədə 3 faizə qədər çoxdur.  Məntəqələrə veb-kameraların quraşdırılması 2010-cu ildə Azərbaycan Prezidentinin özünün ideyası idi. O zamandan bu təcrübə tətbiq edilir",- deyə MSK sədri qeyd edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31