Prezident seçkiləri ilə bağlı 85 min müşahidəçi qeydiyyatdan keçib

Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı 85 min müşahidəçi qeydiyyatdan keçib. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib: "Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31