Təşkilat sədri: “Təhsil ictimaiyyətinin seçkilərə böyük maraq göstərdiklərinin şahidi olduq”

"Təhsil ictimaiyyəti Azərbaycanın davamlı inkişaf və tərəqqisi, daha da güclənməsi və yeni uğurlara imza atması üçün 7 fevral seçkilərini vacib sayır. Buna görə hər bir vətəndaş kimi, təhsil ictimaiyyətinin nümayəndələri də prezident seçkilərinə fəal şəkildə hazırlaşır". Bunu secki-2024.az saytına açıqlamasında "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli deyib.

İctimai birlik sədri bildirib ki, paytaxt və regionlarda keçirilən görüşlər təhsil ictimaiyyətinin seçkilərə böyük marağının olduğunu deməyə əsas verir: "Əminliklə deyə bilərik ki, 7 fevralda keçiriləcək prezident seçkilərində təhsil ictimaiyyətinin nümayəndələri yüksək fəallıq nümayiş etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31