Prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib
31 Yanvar 2024 21:40 SiyasətFevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib. Onlar 34 media qurumunu təmsil edirlər. Secki-2024.az saytının məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Biz həmişə çalışırıq ki, siyasi məqsəd güdən məqamları irəli çəkənləri başa salaq. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Azərbaycan xalqı öz rəhbərini seçir. Seçki prosesini pozmağa cəhd edənləri çəkib, sensasiya yaratmağa çalışmayın" - deyə, MSK sədri vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31