Əsas hədəfləri Ermənistanı Rusiyanın caynağından qoparmaqdır-Elxan Şahinoğlu- ÖZƏL
31 Yanvar 2024 19:09 Siyasət"Amerika anlayır ki, Azərbaycan bölgənin əsas açar dövlətidir. Fransadan fərqli olaraq Azərbaycanla bütün körpüləri yandırmır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib:
"Düzdür, konqresdə Azərbaycan əlehinə dinləmələrin təşkili, dövlət departamentlərinin Azərbaycan əlehinə hesabatları münasibətlərə zərər yetirir. Amma buna baxmayaraq, Amerika rəsmiləri Bakı ilə dialoqdan qopmurlar. Azərbaycana müxtəlif səfərlər həyata keçirirlər ki, münasibətlər tam gərginləşməsin. Hesab edirəm ki, Qarabağ mövzusunu bitdiyinə və bu məsələ tarixdə qalacağına görə bir müddət keçəndən sonra Amerika Azərbaycanla münasibətəri inkişaf etdirməkdə maraqlı olacaq. İndi isə əsas hədəfləri Ermənistanı Rusiyanın caynağından qoparmaqdır. Bu da bizim problemimiz deyil. Bu da Rusiyanın Qərblə olan münasibətlərinin problemidir. Ermənistan hökümətinin bir ayağı Qərbdə, bir ayağı Rusiyadadır. Çıxılmaz vəziyyətə düşüblər. Amerika da, Fransa da çalışır ki, Ermənistan Rusiyadan uzaqlaşsın. Bu da hələ ki, mümkün deyil. Azərbaycana gəldikdə isə, Vaşinqton Bakı ilə dialoqu davam etdirməkdə maraqlıdır və Azərbaycanın özü də Amerika ilə təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı davam etdirməyə maraqlıdır".