Bütün bu addımlar ölkələrə təzyiq vasitəsi kimi dəyərləndirilə bilər-Vüqar Əhmədov- ÖZƏL

"Suveren ölkəyə bu cür şərtlər qoymaq doğru deyil. Ümumiyyətlə mən hesab edirəm ki, bu cür ifadələr, ya ABŞ ya Rusiya arasında seçim etmək ifadəsi doğru deyil". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib:

"Azərbaycan hər zaman bütün dövlətlərlə bərabər hüquqlu və etibarlı münasibətlər qurub, Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə də Azərbaycanın yaxın münasibətlər qurmaq hüququ var. Bütün bu demokratiya və insan haqları və bu kimi ölkələri seçim etmək qarşısında qoyulan şərtlər regionda olan sabitliyi daha da təhdid edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə, həm Rusiya, həm də ABŞ-la yaxşı münasibətlər qurub,  qarşılıqlı çox uğurlu işlər görülüb. Həm ABŞ, həm də Rusiyanın sülh təşəbbüsü ilə bağlı görüşlərdən imtina etməyib. İndi də Ermənistanla ədalətli sülhü bağlamaq üçün səylərini davam etdirir. Belə bir məqamda suveren ölkələri qlobal güc mərkəzləri arasında seçimə təhrik etmək zənnimcə sağlam bəyanatlar deyil. Azərbaycan uzun illərdir regionda ABŞ-ın etibarlı tərəfdaşı olub və terrorla mübarizədə mümkün olan dəstəyini göstərib. Lakin uzun illərdən sonra ölkəmiz Qarabağı terrorçu və işğalçılardan azad edəndə biz Qərbdən elə bir ciddi dəstək görmədik. Bütün bu addımlar ölkələrə təzyiq vasitəsi kimi dəyərləndirilə bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31