Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gələcək

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova fevralın 1-də Azərbaycana səfər edəcək.

Bu barədə Olaylar.az-a Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsini Bakıya səfər təşkil edir.

Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31