Vətəndaşlarda çox böyük ruh yüksəkliyi var- ÖZƏL

"Vətəndaşlarda çox böyük ruh yüksəkliyi var. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev təkcə prezidentliyə layiq namizəd kimi yox, həm də xalqının qəlbində daşıdığı, gerçəkləşməsini ən çox istədiyi arzuları həyata keçirən layiqli bir Lider kimi şüurlara həkk olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib: 
"Başqa bir mühüm məqam isə cənab İlham Əliyevin xalqına verdiyi bütün vədləri həyata keçirən mətin siyasi Lider və Müzəffər Ali Baş Komandan kimi sevilməsidir. Bütün bu reallıqlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin parlaq qələbəsini şərtləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31