Azərbaycan Autizm Assosiasiyası Pediart The Child & Family Counseling Center ilə əməkdaşlıq edəcək

Milli Məclisin üzvü, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova Türkiyəli mütəxəssis, Can Erdoğan və İnclusive Organization Team-ın rəhbəri İbrahim Məmmədovla onlayn formatda görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib:
"Yanvarın 30-da Türkiyəli mütəxəssis, "autizmə çarə var!"  deyərək yola çıxan uşaq inkişafı eksperti Can Erdoğan və İnclusive Organization Team-ın rəhbəri İbrahim Məmmədovla onlayn formatda görüşümüz baş tutdu. Görüş zamanı inklüziv təhsil, autizm spektrli pozuntuları olan uşaqların cəmiyyətə inteqrasiyası və reabilitasiyası mövzusunda müzakirələr apardıq və birgə əməkdaşlığımız barədə qərar qəbul etdik.
Azərbaycan Autizm Assosiasiyası, İnclusive Organization Team və Can Erdoğanın rəhbərlik etdiyi Pediart The Child & Family Counseling Center ilə birgə əməkdaşlığımız hər birimiz üçün xeyirli və uğurlu olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31