MSK-nın qaynar xəttinə şikayət xarakterli məlumatlar daxil olmayıb
31 Yanvar 2024 12:07 Siyasət"Mərkəzi Seçki Komissiyasının (MSK) qaynar xətti var və həmin qaynar xəttə müraciətlər daxil olur.
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, bu fikirləri MSK sədr müavini Rövzət Qasımov deyib.
"Amma xoşbəxtlikdən hələ şikayət xarakterli məlumatlar, demək olar ki, daxil olmayıb. Rəsmi olaraq isə yalnız bir müraciət daxil olmuşdu ki, araşdırma nəticəsində onun da əsassız olduğu aşkarlandı" - deyə, sədr müavini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31