Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq- ÖZƏL
31 Yanvar 2024 10:25 Siyasət2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində yaşayan Qubadlı rayon seçiciləri ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib: "
"Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləklədiklərini ifadə edəcəklər".