Millət vəkili seçicilərinə çağırış etdi- Azərbaycanımızın gələcəyi naminə ən layiqli namizədə səs verin!

Millət vəkili Jalə Əhmədova Salyan rayonunnda vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Dünən, yanvarın 29-da Salyan rayonunda  növbəti vətəndaş qəbulu həyata keçirdim. Qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinlərini dinlədim, seçicilərimin səsləndirdikləri məsələlərlə bağlı özümdə qeydiyyatlar apardım. Həlli mümkün olan bəzi məsələləri yerindəcə həll etdim, digər problemlərin həlli üçün isə səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi seçicilərimin diqqətinə çatdırdım. 
Qəbul zamanı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 7 fevral Prezident seçkiləri ilə bağlı maarifləndirici söhbət apardım və seçicilərimi Azərbaycanımızın gələcəyi naminə ən layiqli namizədə səs verməyə səslədim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31