Müharibəni uduzmuş ölkənin hansı silahlara nəzarətindən söhbət gedə bilər?-Vüqar Əhmədov- ÖZƏL
30 Yanvar 2024 15:32 Siyasət"Bu bəyənat Paşinyanın növbəti hiyləgər gedişidir. Paşinyan sülh prosesini uzatmağa çalışır, çünki, öhdəliklərdən yayınmaq istəyir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib:
"Azərbaycan tərəfdən isə təzyiqlər artır, sülh razılaşması olmadıqca müharibə riski hər zaman var. Paşinyan silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmaqla mümkün hərbi qarşıdurmanın qarşısını almaq istəyir, bu nəzarət nəyə lazımdır heç özü də bilmir. Müharibəni uduzmuş ölkənin hansı silahlara nəzarətindən söhbət gedə bilər, Ermənistan ümumiyyətlə 10 il heç yerdən silah almamalıdır və bu haqda öhdəlik götürməlidir. Bunlar müharibəni uduzmuş ölkədir, deyəsən hələ bu reallığı dərk etmirlər. Müharibənin olmaması üçün ən yaxşı razılaşma sülhdür. Buna isə Paşinyan özündə cəsarət tapıb addım ata bilmir, özünü qarantiyaya almaq üçün belə bir açıqlama verir. Bütün bunlar sülh prosesindən yayınmağa xidmət edir, onun aləmində bu sülhü əvəz edə biləcək bir razılaşma ola bilər. Amma bu çox dar çərçivədir. İki ölkə arasında sülh razılaşması olmalı, Ermənistan bir daha Azərbaycana ərazi iddiasında olmayacığını rəsmiləşdirməli və Naxçıvana maneəsiz koridor açmalıdır, məsələ bu qədər netdir".