Qarşıda duran vəzifə yeni milli ideya ilə silahlanmış sosial rifah dövlətinin inkişaf etdirilməsidir- ÖZƏL

"Bundan sonrakı mərhələdə qarşıda duran vəzifə yeni milli ideya ilə silahlanmış sosial rifah dövlətinin inkişaf etdirilməsi və Azərbaycanımızı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltməkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, yenidənqurma işləri davam etdirilir: "Önümüzdəki illərdə soydaşlarımızın dədə-baba torpaqlarına qayıtması, həmçinin onların həmin ərazilərdə işlə təmin olunması vacib işlərdən biridir. Bununla yanaşı, bu münbit torpaqlarda qeyri-neft sektorunun inkşaf etdirilməsi, lazımı infrastrukturun qurulması da ən önəmli işlərdən biridir. Məhz bu dövrdə ölkə iqtisadiyyatının, xüsusi ilə qeyri-neft sektorunun inkşafı və gəlirliliyin artması üçün bütün addımlar atılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31