Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
29 Yanvar 2024 19:23 SiyasətAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.
Bununla bağlı B.Hayee "X" sosial şəbəkəsində paylaşım edib.
Görüşdə ölkələr arasında əməkdaşlığın gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək", - səfir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31