Görünür, Avropa Gürcüstana Avropa İttifaqına üzvlük vəd edib-Cümşüd Nuriyev- ÖZƏL

"Gürcüstan, Ukrayna və Moldova hər üçün həm Avropanın nəzarətində olan dövlətdir, həm də sərbəst siyasət yürüdə bilmirlər. Moldova birmənalı şəkildə Rumıniyanın nəzarəti altındadır. Bizim əleyhimizə səs verən dövlətlərin arasında Rumıniya da var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev qeyd edib:

"Həmin dövlətlərin orda olan nümayəndə heyətləri tapşırıq əsasında işləyirlər. Avropadan alınan tapşırıq da Azərbaycanın əleyhinədir. 
AŞPA Fransanın, Almaniyanın nəzarətində olan, amma daha çox ABŞ-nin tapşırıqlarını icra edən bir qurumdur. AŞPA qəbul etdiyi qərarların bir gücü yoxdur. Nə qədər qərar qəbul etsələr də, biz o qədər reaksiya verməməliyik. Moldovanı hardasa anlamaq olar, amma Azərbaycan bunu nəzərə almalıdır. SOCAR-ın daha çox vəsait xərclədiyi ölkələr arasında birinci yerdə Gürcüstan, ikinci yerdə Moldova durur. Gürcüstanı tranzit ölkəsi edən Azərbaycandır. Azərbaycanın ən çox investisiya qoyduğu ölkələrdəndir. Gürcüstan Azərbaycanın ona etdiyi yaxşılıqların əvəzini nankorluqla ödədi. Çünki, Gürcüstan birmənalı şəkildə Azərbaycanla bağlı mövqeyində kifayət qədər dəyişiklik edib. Görünən odur ki, Avropa Gürcüstana Avropa İttifaqına üzvlük vəd edib. Ona görə də, bu cür addımlar atırlar. Gürcüstanla olan münasibətləri həddən artıq korlamaq da olmaz, orda bizim soydaşlarımız yaşayır. Gürcüstanda millətçilik Ermənistandan da pisdir. Onların da bir qədər Azərbaycandan iqtisadi asılılıqları var. Bu hadisələr göstərdi ki, Gürcüstan bilavasitə sərbəst siyasət yürüdən dövlət deyil. Qıraqdan nə tapşırıq veriləcəksə, onu icra edəcəklər. Gürcüstanı ilk olaraq qınağa çevirməliyik. İkincisi də Azərbaycan öz xarici iqtisadi siyasəti mütləq korrektə etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31