Bu ölkələrin də borcudur ki...-Tural İsmayılov- ÖZƏL
29 Yanvar 2024 16:45 Siyasət"Əlbəttə, bizim üçün qəbul edilməzdir ki, müxtəlif beynəlxalq təşkilarda ayrı-ayrı əməkdaşlığımızın kifayət qədər yüksək olduğu təşkilatlar bizim haqq işimizi müdafiə etməsinlər".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Ümumiyyətlə, GUAM-a sədrliyimiz dövründə əlaqələrimizim yaxşı olduğu Moldova, Gürcüstan kimi ölkələr AŞPA-da daha sərt mövqe ortaya qoya bilərdilər. Obyektivlik naminə demək lazımdır ki, ukraynalı nümayəndə heyəti Azərbaycanın haqlı mövqeyini müdafiə etməyi bacardı, amma tutaq ki, biz eyni məsələni Gürcüstandan və Moldovadan görə bilmədik. Bu da əlbəttə ki, bizdə çox böyük təssüflər yaradır. Eyni zamanda, hesab edirəm ki, bu məsələdə əlimizdən gələni tam olaraq etməliyik ki, diplomatiya və beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərini müdafiə etməyi bacarmayan, Azərbaycanın haqq işini səsləndirməkdən çəkinən ölkələr bundan sonrakı addımlarında daha da dərindən düşünməyi bacarsınlar. Çünki, Azərbaycan bütün beynəlxalq platformalarda səmimi münasibət göstərib, tərəfdaşlıq etdiyi ölkələrin maraqlarını daim müdafiə edibdir. Bu baxımdan necə ki, biz hər zaman Gürcüstanın, Moldovanın haqq işini müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmişik, bu ölkələrin də borcudur ki, Azərbaycanın AŞPA, ATƏT və s. təşkilatlarda üzərinə gələn dezinformasiya hücumunda və haqsız basqılarda sözlərini deyə bilsinlər".