Prezident İlham Əliyev 4 nəfərə general-mayor ali xüsusi rütbəsi verdi - SƏRƏNCAM
29 Yanvar 2024 16:00 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Şirinov Natiq Telman oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Əliyev Vüqar İsmayıl oğlu - Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Cahangirov Anar Niyaz oğlu - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Aşurlu Kənan Məhərrəm oğlu - "Azərterminalkompleks" Birliyinin direktoru.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31