Azad seçki məsuliyyətli cəmiyyətin göstəricisidir

"Seçki hər bir ölkənin həyatında mühüm hadisə olmaqla bərabər idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələdir. Azərbaycanda gerçəkləşən islahatlar prosesinin tərkib hissəsi olan prezident seçkiləri insanların düşüncəsində pozitiv əhval ruhiyyə yaradıb.  Bütov Azərbaycanda keçirilən bu seçki hər bir vətəndaş üçün qürurlu prosesdir. İllərdir ki, hər birimizin ürəyindən keçirdi, ciddi hədəfimiz olub ki, Azərbaycanın hər bir məkanında bayrağımız dalğalansın. Ölkənin ərazi bütövlüyü təmin edilsin. Artıq həmin tarixi an yetişib. Bayrağımız dalğalanır və işğaldan azad olunmuş bütün məkanlarda belə tarixi məqamlara, seçki prosesinə  şahidlik edirik. Şübhəsiz ki, bu gün bizi vətəndaş olaraq düşündürən odur ki, bu seçki  Azərbaycanın tarixində, demokratik ənənələrin möhkəmlənməsində əhəmiyyətli məqam olsun". "Olaylar"ın məlumatına görə, bunu deyən ekspert Əkrəm Bəydəmirlinin sözlərinə görə, media bəzən çətin etik dillemalar qarşısında qalır:

"Seçki prosesində jurnalistin davranışı jurnalistikanın prinsiplərinə, mahiyyətinə zidd olmamalıdır.  Dünyanın bir sıra ölkəsində    jurnalist  təşkilatları   etika  məcəlləsini  qəbul   ediblər. Lakin   bu  sənəd   yalnız    seçki   proseslərini   işıqlandırmaq  məqsədilə   nəzərdə  tutulmayıb.  Etika   məcəlləsində  ən  ümumi  prinsiplər, faktların  doğruluğu,  dəqiqliyi,   yoxlanması  nəzərdə tutulub. Mənim qənaətimcə, mediada  etibarlılıq, ədalətlilik, balanslılıq və qərəzsizlik prinsipi qorunmalıdır. Əslində bu prinsiplər yalnız seçki dönəmində deyil, hər zaman media üçün əhəmiyyətlidir.

Dünyada gedən proseslər, müharibələr. iqtisadi təlatümlər və s. bir çox hallarda ədalətsizlikərdən qaynaqlanır. Ümumilikdə  nəzər salsaq görərik ki, dünyada, o cümlədən Qərbdə liberal dəyərlər, demokratik prinsiplər mahiyyətini itirir. Əvəzində  qorxulu millətçilik və antitürk əhval-ruhiyyəsi genişlənir. Düşünürəm ki, məhz belə məqamda  beynəlxalq aləmdə davam edən mənfi tendendensiyalardan biz dövlət olaraq, millət olaraq özümüzü qorumağı bacaracayıq. Ən əsası regiona sabitlik, sülh, inkişaf gətirə biləcək modeli tətbiq etmək imkanı  yaranacaq. Təbii ki, seçki bu yolda strateji hədəflərdən biridir. Digər tərəfdən azad seçki məsuliyyətli cəmiyyətin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31