AŞPA-da Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur- ÖZƏL

"Avropa Şurasının məlum qərarı qarayaxma kampaniyasının davamıdır.  Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Qurum ikiüzlü siyasəti ilə diqqətdədir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyevin sözlərinə görə, bu gün Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması beynəlxalq səviyyədə birmənalı qarşılanmır: "Bu fikirlər xüsusi qeyd edilir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı atdığı addım Fransa Milli Assambleyasının, Prezident Makronun rəsmi Bakıya qarşı yürütdüyü siyasətin davamıdır. Avropanın bəzi ölkələri də milli maraqlarına və Azərbaycanla münasibətlərinə zidd olaraq bu işdə Fransaya dəstək verirlər. AŞPA-nın bu qərarının məhz ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə təsadüf etməsi önə çəkilərək belə bir əminlik ifadə olunur ki, Azərbaycan kimi güclü, ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa və ədalətə söykənərək  tam təmin  etmiş ölkə bundan sonra daha da möhkəmlənəcək və bütün maneələrə baxmayaraq  müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcək. Azərbaycan nümayəndə heyətinin bu qərara etiraz olaraq verdiyi bəyanat da özündə bütün məqamları açıqlayır. Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bəyanatda bildirilir ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda  dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31