AŞPA-nın qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur- ÖZƏL
29 Yanvar 2024 12:26 Siyasət"2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin "blokadada yaşadıqları"nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi və bu, tamamilə doğru bir qərar idi. Çünki 35 il ərzində bircə dəfə də olsun belə missiya ilə çıxış etməyən Avropa indi oyanmışdısa təəssüf ki çox gec idi". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib:
"Açığı, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Azərbaycanın müstəqil siyasət yürütməsi Fransanın və bir sıra Avropa ölkələrinin keyfinə soğan doğrayır. Məslənin də əsl mahiyyəti budur. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Ona görə də Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir".