AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır- ÖZƏL

"AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir". "Olaylar" xəbər verir ki, bu fikir YAP Tərtər Rayon Təşkilatından bildiilib. Qeyd edilib ki,  AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır:
 "AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31