Ermənistanda yerləşərək Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar-Oqtay Qasımov- ÖZƏL
26 Yanvar 2024 18:42 Siyasət"Aİ-nin Ermənistanda yerləşdirdiyi missiyanın sayının artırılması əlbəttə ki, bölgədə heç də sülhə və sabitliyə xidmət etmir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bununla bağlı qərar bildiyimiz kimi 2022-ci ilin oktyabrında Praqada qəbul olunmuşdur. Amma o zaman razılaşmaya görə bu missiya 2 ay müddətində Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfində yerləşdiriləcəkdi. Azərbaycan tərəfinə bunun aidiyyatı yox idi. Nəzərə alsaq ki, Azərbaycan bununla razılaşmamışdır, amma həm də Ermənistanda yerləşən missiyayla ehtiyac olduğu halda əməkdaşlıq edə biləcəyini də vurğulamışdır. Sonradan Aİ və Fransanın təkidiylə artıq cığallıq etməyə başladı. Bu missiyanın həm müddətini həm say tərkibini artırmaqla bağlı qərarlar qəbul etdilər. Bu say hal-hazırda artıq 200 üzərinə çıxarılıb. Bu Güney Qafqazda Ermənistan üzərindən Qərb və Rusiya rəqabətinin güclənməsi anlamına gəlir. Təbii ki, bu missiyanın bölgədə yerləşməsi Azərbaycan-Ermənistan arasında gərginliyin davam etməsi anlamına gəlməkdədir. Aİ öz missiyasını burda yerləşdirməklə çalışır ki, onların gələcəkdə həm statusunun yüksəldilməsi, mümkün olarsa bunu hərbi missiya ilə əvəz etməyə çalışacaq. Bunun əsas məqsədi Ermənistanda yerləşmək və bunun üzərindən Zəngəzur dəhlizini nəzarətdə saxlamaq və Rusiyanı sıxışdırmaqdır. Təbii ki, Ermənistanda yerləşərək Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. O cümlədən, onların ən çox arzuladığı məsələlərdən biri vaxtilə Laçın dəhlizində yerləşmək və burada nəzarət əldə etmək istəyirdilər ki, Azərbaycan buna imkan vermədi. Bununla bərabər beynəlxakq mexanizmlərin yaradılması adı ilə Qarabağda yerləşərək guya orada erməni əhalinin təhlükəsizliyini təmin etmək cəhdləri var idi ki, bunlar hamısı boşa çıxdı. Məhz bu cəhdlər boşa çıxması hal-hazırda Avropa təsisatlarının Azərbaycana qarşı bu qəzəbinin əsas səbəblərindəndir. Ona görə də həm Avropa Parlamenti, həm oktyabr ayında Avropa Şurası, eyni zamanda, bir neçə gün öncədə Avropa Şurasının məlum qərarları məhz buna hesablanıb. Çünki, bütün bunlar hamısı Azərbaycana qarşı təzyiqlər etmək məqsədilə həyata keçirilirdi, çalışılırdı ki, bir formada Azərbaycanı da. öz iradələrinə təslim etsinlər və Qarabağa yerləşsinlər. Azərbaycan da buna imakn vermədiyinı görə hal-hazırda Azərbaycana qarşı Aİ, Avropa Şurası və digər Avropa təsisatları çox qəzəblidirlər".