Hər seçki qabağı Qərb təşkilatlarının siyasi şoularının şahidi oluruq-Vüqar Əhmədov- ÖZƏL

"Cənab Prezident İlham Əliyev öz fəaliyyəti boyunca çox uğurlu xarici siyasət yürütmüş, xarici dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmuşdur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib:

"Ölkə daxilində də xalqın İlham Əliyev şəxsiyyətinə böyük rəğbətini müşahidə edirik. İlham Əliyev bu gün məhz xalqdan aldığı dəstək nəticəsində öz qətiyyətli siyasətini yürüdür, seçkilərdə də bu siyasət özünü biruzə verir. Bu həmrəyliyi pozamq istəyən xarici dairələr və təşkilatlar məhz bu səbəbdən indiki məqamda hücuma keçiblər. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr, son dövrlər İslam ölkələri təşkilatları ilə aparılan konstruktiv əməkdaşlıq, Qoşulmama Hərəkatı çərçivəsində aparılan uğurlu işlər Qərbdəki siyasi dairələri ciddi narahat etməyə başlayıb. Biz hər seçki qabağı Qərb təşkilatlarının bu cür siyasi şoularının şahidi oluruq, lakin hər zamankı kimi bunlar heç bir nəticə verməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31