Hesab etmirəm ki, qısa müddətdə Fransa və Aİ arasında körpülər yansın-Tural İsmayılov- ÖZƏL

"Ümumiyyətlə, Avropa Komissiyası ilə Fransa arasında bir çox sahələr üzrə əlaqələrdə ciddi çöküşlər yaranır". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Çünki, Fransa iqtisadiyyatın bir çox sahələri üzrə Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Ümumiyyətlə, təkcə siyasi qərarlarda yox, iqtisadi, sosial qərarlarda da Fransanın Avropa Komissiyasının vahid Avropa strategiyasına qarşı çıxmağı vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də Fransa məcbur qalır ki, Aİ ilə münasibətlərində yeni bir xətt müəyyənləşdirsin. Hesab edirəm ki, Fransanın kənd təsərrüfatını xilas etmək üçün Aİ-dan çıxmaqla bağlı verilən mesajla Fransa hökumətinin Aİ-ni şantaj etməyi deməkdir. Fransa Makronun hakimiyyətindən sonra Aİ daxilində böyük çatlar yaradır. Həm öz əhalisi baxımından həm də Aİ üçün üzərinə götürdüyü öhdəliklərin bir xeylisinə təəssüflər olsun ki, əməl etmir. Bütün bu hadisələr nəticədə Fransanın Avropa Komissiyası içərisində mövqelərinin daha da zəifləməsinə gətirib çıxarır. Amma hesab etmirəm ki, belə qısa müddətdə Fransa və Aİ arasında körpülər yansın. Hər halda mən müzakirələrin və həmçinin qarşılıqlı fikir mübadilələrinin bir müddət də davam edəcəyini düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31