AŞPA-nın məlum qətnaməsindən daha çox itirən İrəvan olacaq- DEPUTAT

"AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır". Bunu Olaylar-a açıqlamasında deputat Kamran Bayramov deyib. Onun sözlərinə görə, Fransa və Almaniyanın əllərində oyuncağa çevirdikləri AŞPA-dan  Azərbaycana təzyiq etmək niyyətindədirlər:  "Burada heç də deyildiyi kimi insan haqları və  prezident seçkilərinə müşahidəçilərin dəvət edilməməsi ilə bağlı deyil. Bütün bunlar bəhanədir. Əsas hədəf  Azərbaycanın  Ermənistan üzərində tam qələbə çalıb Cənubi Qafqazda yaratdığı yeni reallığı qəbul etməməsindən irəli gəlir. AŞPA-nın qış sessiyasında Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabenin təşəbbüsü ilə Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Frank Şvabe çıxışında "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması" kimi absurd iddia irəli sürüb.  Onun bu çıxışı  Azərbaycana qarşı qərəzin bariz nümunəsidir. Çünki AŞPA 30 ildə Azərbaycanın bir milyonayaxın insanı öz ata yurdlarından didərgin düşərək məcburi köçkünün hüququ barədə bir dəfə də olsun Ermənistanı qınayan  mövqe ilə çıxış etməyib. Əksinə Azərbaycan tərəfi dəfələrlə bu məsləni gündəmə gətirsə də, AŞPA bu məslənin onların səlahiyyətinə aid olmadığını əsas gətirərək   Ermənistanın işğalçılıq siyasətinə qarşı nəinki sərt mövqe sərgiləməkdən heç  qınamaqdan belə   boyun qaçırıblar. Bu isə onu deməyə əsas verir ki, bu qabaqcadan Azərbaycana qarşı planlaşdırılmış  addımdır".

Deputat hesab edir ki, Fransa İkinci Qarabağ mühariəsindən sonra Azərbaycana qarşı apardığı açıq təzyiq kampaniyası  iflasa uğradığından bu dəfə Almaniyanın "xdimətindən" faydalanamağa çalışıb və tamdem şəkildə çıxış ediblər: "Beynəlxalq təşkilatlar üzərlərinə düşən missiyanı yerinə yetirmək əvəzində bəzi ölkələrin və güclərin əlində alət olmaqla selektiv qərarlar verirlər. Bu da nəticə etibarı ilə həmin  təşkilatların öz nüfuzuna ciddi xələl gətirir. Həmin təşkilatlaırn riyakar mövqeyini ortaya qoyur. AŞPA-nın  Azərbaycanla bağlı son hərəkətləri də  beynəlxalq riyakarlığın bariz nümunəsidir. Fransa və Almaniya AŞPA-dan öz maraqları naminə Azərbaycana bir təzyiq aləti kimi istifadə etdi. Bunu həm də  beynəlxalq təşkilatlaırn  ikili standartının göstərici hesab etmək olar. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi, amma etmədi. Əksinə bacardıqca  işğalçı Ermənistan dolayı və birbaşa dəstək verdi. Bölgədə işğalı və separatizmi körüklədi.  İndi Avropa ölkələri "erməni kartı"ndan istifadə etməklə bölgəmizdə  gərginliyin davam etməsinə çalışırlar. onların hədəfi heç də Ermənistanı müdafiə etmək yox. əksinə öz maraqlaır üçün çalışırlar. Sadəcə bunu Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Nəticədə bütün bu oyunlardan uduzan tərəf kimi alət rolunda çıxış edən Ermənistan olacaq. Fransa da  istəyinə nail ola bilməyəcək. Hər dəfə Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində iflasa məhkum olan Fransa bundan sonra da məğlubiyyəti ilə barışmalı olacaq.

Azərbaycan bölgədə sülh istəyir və buna da nail olacaq. kimsə buna mane ola bilməyəcək. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur. Əgər AŞPA doğrudan da bölgədə sülühün bərqərar olmasında maraqlıdırsa, o zaman Bakıya deyil, İrəvana  təzyiq edib Azərbaycan şərtləri daxilində sülhə imza atmalıdır. Əks təqdirdə bundan ən çox itirən  tərəf İrəvan olacaq".

Deputat  AŞPA-nın məluma qərarından "ilhamlanan" Qərbin ölkəmizdəki uzantılarının son hərəkətləri barədə də mövqeyini açıqlayaraq deyib ki, xalq onlaırn kim olduğunu yaxşı bilir: "Onların niyyəti "ağaları"na "sadiq"liyini nümayiş etdirməklə 5-3 qəpik qazanmaqdır. Onların nə ölkə daxilində. nə də iki qardaş olan Azərbaycanla  Türkiyə arasında münasibnətləri pozmaq  cəhdləri qeyri-mümkündür. sadəcə onlaırn bu hərəkti "milçək vızıltısı" kimi bir şeydir. Xalq öz lideri ətrafında sıx birləşib və onun dəstəkləyir.  Xalq öz lideri ətrafında sıx birləşdirkcə hər hansı qüvvənın Azərbaycana qarşı    çirkin oyunları boş çıxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31