TDT-nin üzvü olan bütün ölkələrdən müşahidəçilər Azərbaycanda seçkiləri izləyəcəklər
26 Yanvar 2024 13:52 SiyasətBu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan bütün ölkələrdən müşahidəçilər izləyəcəklər.
Olaylar.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında TDT-nin Azərbaycandakı prezident seçkilərini müşahidə missiyasının rəhbəri Dastan Urmanbetov bildirib.
D.Urmanbetovun sözlərinə görə, hazırda müşahidəçilərin siyahısı və missiyanın Azərbaycanda fəaliyyət proqramı dəqiqləşdirilir.
TDT-nin müşahidə missiyasının fevralın 4-dən 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31