Belə AŞPA bizə lazım deyil- RƏYLƏR
26 Yanvar 2024 13:47 SiyasətAvropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Baxmayaraq ki, AŞPA Azərbaycan torpaqlarının 30 il Ermənistan tərəfindən işğal altında qoyulduğu müddətdə buna göz yumub. Bütün bu müddət ərzində məcburi köçkünlərin insan haqlarının Ermənistan tərəfindən pozulmasına dair heç bir ciddi tədbir görməyib. Xocalıda, 20 Yanvarda, Azərbaycana, azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş qırğınlarda, amansız qətliamlarda səssiz qalan bu təşkilat indi hansı əsasla Azərbaycanın səsini dondurmağa təşəbbüs edir?
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Elşad Həsənovun qeyd etdiyinə görə, Azərbaycanın 44 günlük müharibədə qazaandığı qələbəni sindirə bilməyən Fransa və onun dəstəyi ilə Avropa Şurası Azərbaycana təzyiqlər göstərmək istəyir:

"Bunların heç birini Azərbaycan qəbul etmir və Azərbaycan özünün dövlət maraqlarından irəli gələn siyasətini irəli sürür və yeridir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşdi, torpaqları azad etdi. Keçən ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi və bərpa, yaradıcılıq, quruculuq işlərinə başladı. Bunu ilk növbətə Fransa, Amerikadakı bəzi qüvvələr və Rusiyanın bəzi siyasi dairələri qəbul etmirlər. Onlar istəyirlər ki, Cənubi Qafqazda daim münaqişə ocağı olsun və onlar da bundan bəhrələnsinlər. ATƏT-in Minsk qrupu 28 il müddətində gəldi, getdil, 1 metr torpağı azad etmədilər. Azərbaycana qarşı olan təzyiqlər ona hesablanıb ki, Azərbaycan həmin işğalla razılaşsın və Avropa İttifaqının, AŞPA-nın qərarlarını yerinə yetirsinlər. AŞPA həmin müddətdə bir dəfə də Ermənistana sanksiya tətbiq etmədi. Baxmayaraq ki, BMT-nin 4 məlum qətnaməsi var idi, onlar yerinə yetirilmədi. Azərbaycan həmişə beynəlxalq tribunalardan tələb edir ki, Ermənistana qarşı sanksiya tətbiq olunsun. Ancaq bu edilmədi. İndi isə, öz suverenliyini, ərazi bütövlüyünü bərpa edəndən sonra Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı "Səlib yürüşü" başlayıb. Antiazərbaycan məzmunlu bəyanatlar səslənir. Yanvarın 17-də Fransa senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli mövqe bir daha onların Ermənistanı birtərəfli qaydada dəstəklədiklərini, obyektivlikdən uzaq mövqe tutduqlarını sərgiləyir. Buna görə də, biz bilirdik ki, AŞPA-da Azərbaycana qarşı təxribatlar törədiləcək, sanksiyaların tətbiq olunması, Azərbaycan nümayəndə heyətinin vəzifələrinin dondurulması ilə bağlı məsələlər qaldırılacaq. Müəyyən siyasi qüvvələrlə, bəzi dövlətlərin parlament assambleyalarının üzvlər ilə söhbətlər aparıldı, ancaq təbii ki, Avropa Şurası olduğuna görə məsələni Fransa idarə edir. Onların təşəbbüsü ilə bir çox ölkələr Azərbaycanın əleyhinə səs verəcəkdi. Ona görə, AŞPA-dakı türkəfob, azərbaycanafob, islamafob meyillər aydın şəkildə göstərir ki, onlarla bizim yollarımız ayrılmalıdır. Ona görə də, çox haqlı olaraq Azərbaycanın qurumdakı nümayəndə heyəti AŞPA-nın belə qərəzli mövqeyinə etiraz olaraq, məsələyə baxmadan öz vəzifələrini dondurduqlarını elan etdilər. Səməd Seyidov öz çıxışında da, AŞPA-nın qərəzli mövqe tutduğuna görə bu mövqedən çıxış etməyi dayandırdıqlarını bildirdi. Belə AŞPA bizə lazım deyil. Biz torpaqlarımızı yağı düşməndən azad etmişik. Xocalının, 20 Yanvarın və digər törədilən qırğınların cavabını vermişik. Biz torpaqlarımızı şəhidlərimizin qanı, canı ilə aldıq. Buna görə də biz fəxr edirik. Bu gün də Azərbaycan ordusunun qüdrəti, qabiliyyəti, həyata keçirdiyi əməliyyat tədbirləri dünyanın, o cümlədən Amerikanın hərbi kafedralarında öyrənilir. Biz öz yolumuzdan dönən, Makronun, Barrelin çaldığı havalara oynayan deyilik. Biz müstəqil, demokratik dövlətik. Dövlət və xalqımızın marağından çıxış edirik. Biz AŞPA-sız da daha yaxşı yaşayacağıq".

Siyasi şərhçi Azad Məsiyev bildirir ki, Avropa Birliyi artıq dünya siyasətində müstəqil bir qurum deyil. Avropa Birliyi de-fakto ABŞ-nin bir ştatına çevirilib. O, xarici siyasətində ABŞ-dən nə təklif, bəyanat gəlirsə, onu oynayır. Avropada fəaliyyət göstərən təşkilatlar Azərbaycana qarşı qərəzli münasibət bəsləyir. Bu tək AŞPA-da deyil, Avropanın bütün strukturlarında Azərbaycana qarşı qərəzli davranışını göstərməkdədir. Ümumilikdə, Avropada söz sahibi olan Fransanın daxili və xarici siyasətdə mövqeyi əsas götürülür. Bununla razılaşmıram ki, güya Avropa Birliyi ermənipərəst qüvvələrin təsiri ilə bu qərarı qəbul edir. Xeyr. Avropa erməni diasporunun əlində bir alətə çevirilməyib ki, Avropa dövlətləri ermənilərin fikri ilə hərəkət etsin. İstər ABŞ, istərsə də Avropada aparıcı dövlətlər olsun, erməni diasporasından öz məqsədləri üçün istifadə edirlər. Qərb koalisiyasi Cənubi Qafqaza girmək və onu öz təsirnə salmaq istəyir. 44 günlük müharibə Cənubi Qafqazda Qərbin planlarını pozdu. Azərbaycan öz suverenliyi bərpa etdikdən sonra Avropa Azərbaycana qarşı qərəzli davranışı ilə fəaliyyət göstərir. Bu gün başda ABŞ olmaqla Qərb açıq şəkildə Azərbaycana təzyiq edir. Avropa Təşkilatları açıq şəkildə bu cürə tədbirlər görməkdədirlər. Hesab edirəm ki, Avropa bəşəriyyət üçün təhlükə mənbəyidir. İstər Birinci Dünya müharibəsi, istərsə İkinci Dünya müharibəsi, hazırda da Ukrayna ərazisindəki faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Avropa helə sülhpərəstirsə, onun fəaliyyəti bu qədər insan tələfatına səbəb olub. Bu gün Avropanın düz mərkəzində Üçüncü Dünya müharibəsi gedir. Ukrayna savaşının uzanması da artıq bəşəriyyət üçün təhlükədir. Çünki, bu qarşıdurma pik həddə çatarsa, onda nüvə silahları işə düşə bilər. Bundan da bəşəriyyət daha çox əziyyət çəkər. Hesab edirəm ki, Azərbaycan Avropa sivilzasiyasından uzaqlaşaraq Turan sivilzasiyasına doğru meyillənməlidir. Sözün həqiqi mənasında dünyanın pozulmuş nizam tərəzisinin, ədalətin bərqərar edilməsi üçün yeni sivilzasiya-Turan sivilzasiyası meydana gəlməlidir.
Hazırda Avropanın aparıcı dövləti olan Fransanın bizə qarşı düşmənçiliyi göz qabağındadır. Fransanın Azərbaycana qarşı apardığı qərəzli siyasətə adekvat cavab verilməlidir. 2024-cü ildə Frasada Olimpiya oyunları keçiriləcək. Başda Azərbaycan olmaqla Türkdilli dövtlər bu Olimpiya oyunlarını baykot etməlidir. Əlimizdə də kifayət qədər əsaslar var. Fransa terroru dəstəkləyən, dövlət siyasətinə çevirən bir dövlətdir. İnsan haqlarının tapdalanması ilə gündəmdədir. Demokratiya dəyərlərini tapdayaraq qərəzli çıxışlar edir. Fransanın bütün fəaliyyətini analiz etsək, görərik ki, Fransadakı Olimpia oyunlarını baykod etmək üçün əlimizdə kiyafət qədər səbəb var. Bununla da Fransanın qərəzli fəaliyətini beynəlxalq ictimaiətə çatdırmış olarıq.
Turan sivilzasiyası tarixi zəruriyyətdir və Türkiyə və Azərbaycan burda lokomativ rol oynamalıdır. Avropa sivilsaziyasi bəşəriyyət üçün təhlükə olduğu üçün biz gələcəyə baxmalıyıq. Turan İttifaqı ilə Qərbdən Azərbaycana gələn təzyiqlərin qarşısını siyasi yolla ala bilərik.
Avropa demokratiya, insan haqları kimi dəyərləri öz siyasi məqsədləri üçün həmişə vasitə kimi istifadə edir. Bu gün də demokratiya və insan haqlarını bayraq tutaraq Azərbaycana təzyiq edir. Əslində, insan haqlarının tapdalanmasına göz yuman Qərbi Avropadır. Hesab edirəm ki, Avropa dəyərləri artıq çürüməkdədir. Avropa sözün həqiqi mənasında insan haqlarını dəstəkləyirdisə, 30 ilə yaxın Azərbaycanın torpaqlarının işğal altında olmasına niyə göz yumurdu? İşğal dövründə Azərbaycanın minlərlə məcburi köçkünü olmuşdur. Onların hüquqlarının tapdalanmasına göz yummuşdu. Ermənilərin apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycana 100 milyardlarla dollar civarında ziyan vurulmuşdu. Həm mənəvi, həm tarixi dəyərlər, həm ekoloji tarazlıq baxımından Azərbaycana ziyan vurmuşdular. Bunlara Avropa göz yumub. Yenə də öz məqsədləri üçün Azərbaycana təzyiq edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Azərbaycan televiziyalarına verdiyi müsahibədə qeyd etmişdi ki, Azərbaycan 44 günlük müharibədəki qələbəsi zamanı böyük güclərin siyasi slaylarını tərpətdi. Bu o deməkdir ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra Qərbin Cənubi Qafqazdakı maraqları pozuldu. O baxımdan, Qərb Ermənistan üzərindən yenidən Azərbaycana təzyiq etmək, Cənubi Qafqaza girmək istəyir. Cənubi Qafqaz Respublikalarını öz məqsədləri üçün istifadə etmək istəyir. Bu cür addımlar bizim üçün yol verilməzdir və Avropanın bu davranışlarına qarşı adekvat cavablar veriləcək.
Qiymət Mahir