Bu gün Azərbaycana dünya tamamilə başqa bir prizmadan yanaşır- ÖZƏL

"Bu gün Azərbaycana dünya tamamilə başqa bir prizmadan yanaşır. Bu gün Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan öz torpaqlarını geri qaytarıb və bu torpaqlarda sülh, əmin-amanlıq yaradaraq üçrəngli bayrağını dalğalandırıb. Azərbaycan həmin torpaqlarda sürətlə böyük quruculuq işləri aparır. Bütün ölkə boyu durmadan inkişafa istiqamətlənən nəhəng layihələr həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib:

"7 fevral tarixində keçiriləcək prezident seçkisi bir daha Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək. Xalqımız birmənalı olaraq öz Liderinə, xilaskar Prezidentinə, Müzəffər Ali Baş Komandanına səs verəcək. Bu seçki nəticəsində Azərbaycan daha parlaq günlərini yaşayacaq. Azərbaycan bu günə qədər olduğu kimi, 7 fevraldan sonra da həm Cənubi Qafqazın, həm də dünyanın nüfuzlu ölkəsi olaraq daha da yüksələcək. Biz seçkilərdə xalqımıza, Azərbaycansevərlərə, damarında azərbaycanlı qanı axan hər bir insanımıza uğurlar arzu edirik. Təbii ki, Azərbaycan xalqının bir seçimi var -  o da İlham Heydər oğlu Əliyevdir. Azərbaycan xalqı öz liderinə - Prezidentinə güvənir və inanır!  Xalq öz Prezidentini sevir! Xalq öz Prezidentinin arxasındadır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31