Azərbaycan hər qarış torpağı üzərində suveren hüququnu tam bərpa edib- ÖZƏL

"44 günlük Zəfər yürüşündə BMT-nin 4 qətnaməsini təkbaşına icra edən dövlətimiz, yenə təkbaşına 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı. Müzəffər Ali Baş Komandan ötən il  oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin üzvü Jalə Əliyevanın sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması böyük mənəvi-siyasi məna daşıyır: "Xankəndi Zəfəri "Heydər Əliyev İli"nə ən böyük töhfə oldu. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra - "Heydər Əliyev İli"ndə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirildi. Dəmir iradə, "Dəmir yumruq" bizə qəti Qələbə sevincini yaşatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 il əvvəl xalqa verdiyi vədi tam yerinə yetirdi.

Sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə parlaq inkişaf yolu açmış Lider - İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa etdi. "Nəyi, nə vaxt və necə edəcəyini" hamıdan yaxşı bilən  Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız  Zəfər milli dövlətçiliyimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31