Şuşa fatehinə YAP-ın vəsiqəsi təqdim edilib- ÖZƏL

Şuşa fatehi polkovnik Rəşad Aslanov YAP-a üzv qəbul edilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov məlumat verib: "7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı YAP-ın təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşümüz Qusar rayonunun bir qrup şəhid ailələsi və qazilərlə keçirildi. Görüşdə iştirak edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə edərək qarşıdan gələn seçkilərdə hamılıqla Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirdilər. Görüş çərçivəsində Şuşa fatehi polkovnik Rəşad Aslanova YAP-a üzvülüyünə qəbul olunması ilə bağlı vəsiqəni təqdim etdik və sonda xatirə şəkili çəkildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31