Bu dəstək sülhə və təhlükəsizliyə xidmət etmir-İlyas Hüseynov- ÖZƏL

"Fransanın xarici işlər nazirinin mesajları və Makronun bəyanatları əlbəttə ki, Cənubi Qafqazda təhlükəsizlik üçün təhdidlər formalaşdırır". 

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a  açıqlamasında bildirib:

"Ermənistana dəstək göstərilməsi fonunda yeni təhlükə ocaqları meydana gəlir. Əlbəttə, Paris və Ermənistan arasında bir dostluq, tərəfdaşlıq münasibətləri kimi nəzərdən keçirsələr də biz anlayırıq ki, bu dostluq həm də hərbi texniki əməkdaşlığı əhatə edir. Bastionların verilməsindən sonra həm də hərbi texniki sahədə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu da onu deməyə əsas verir ki, Fransa siyasi dəstəklə yanaşı Ermənistana həm də hərbi dəstəyini göstərir. Bu da təəssüf doğurmaqla yanaşı Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını zədələyən bilər. Yeni geosiyasi reallıqlara qarşıdır. Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar əmələ gəlib. Rəsmi Paris buna qarşı çıxır. Türkiyə və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq niyyətindədir və Ermənistan da burada bir alət kimi istifadə olunur. Fransa özü də milli maraqları çərçivəsində Cənubi Qafqazdakı proseslərdə iştirak etmək istəyir. Məhz bu xüsusda Fransanın xarici işlər naziri Stefan Sejurne diplomatik korpusa ünvanladığı müraciətdə qeyd edir ki, Fransa Ermənistana daim dəstək verəcəkdir. Biz bu dəstəyi əlbəttə, Vətən müharibəsində də, ondan sonrakı periodda da gördük. Bu dəstək əlbəttə ki, sülhə və təhlükəsizliyə xidmət etmir, destruktivdir və regiondakı sabitliyi pozur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31