Deputat reabilitasiya mərkəzində olub

Millət vəkili Soltan Məmmədov Xəzər rayonunda fəaliyyət göstərən "Həyat naminə" reabilitasiya mərkəzində olub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Xəzər rayonunda fəaliyyət göstərən "Həyat naminə" reabilitasiya mərkəzində olduq.  Artıq 4 ildir fəaliyyət göstərən mərkəz ötən müddətdə böyük uğurlara imza atıb. Mərkəzdə dövrümüzün bəlasına çevrilmiş narkomaniyadan psixoloji, həm də fiziki baxımından əziyyət çəkən insanlar müalicə alır. Mərkəzin rəhbəri Kənan Hacıyevin verdiyi məlumata görə, burda reabilitasiya kursu keçərək sağlam həyata qayıdan insanların sayı 200-dən çoxdur. Hər il narkotik asılılığından əziyyət çəkən yüzlərlə şəxs həyatını dəyişmək üçün bu mərkəzə üz tutur. Mərkəzin rəhbərliyinə və kollektivinə uğurlar arzulayıram. Bu nəcib və xeyirxah təşəbbüs irəli sürən və onu həyata keçirmək üçün fədakarlıq göstərən insanların sayəsində cəmiyyətimizin bu bəladan tamamilə qurtulmasına nail ola bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31