Bu açıqlamalar Rusiya-Ukrayna müharibəsini daha da alovlandırmaq məqsədi daşıyır - Sahil Kərimli - ÖZƏL
22 Yanvar 2024 15:30 Siyasət"NATO-nun keçmiş baş katibinin bu açıqlaması prosesləri daha da qızışdırmaq və Rusiya-Ukrayna müharibəsini daha da alovlandırmaq məqsədi daşıyır".
Bu fikirləri Olaylar.az-açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib:
"Corc Robertson açıq aşkar NATO və Avropa Birliyi ölkələrini Ukraynaya hərbi və maddi yardımı dayandırmamağa, üstəlik daha da artırmağa təhrik edir. Keçmiş baş katibin sözlərindən belə çıxır ki, əgər Rusiya müharibədə qalib gələrsə, uduzan təkcə Ukrayna deyil, bütün Avropa olacaq. Ona görə də, Qərb və Avropa Rusiyaya qarşı daha şiddətli dirəniş göstərməlidir. Bütün bu açıqlamalar əlbəttə ki, münaqişənin daha da uzanmasına hesablanıb. Avropa ölkələri Rusiyanın Ukraynadan sonra bölgədə digər ölkələrə qarşı güc tətbiq edəcəyindən ehtiyatlanırlar".