“Dailysabah” Azərbaycandakı prezident seçkilərini şərh etdi
22 Yanvar 2024 14:15 SiyasətTürkiyənin nüfuzlu "Dailysabah" nəşri Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən yazıb.
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə bildirilir ki, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycan üçün çox vacibdir. Seçkinin təyin olunmasının əsas səbəblərindən biri də məhz bu məqamdır.
Məqalədə Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyi və əldə etdiyi nailiyyətlər barədə şərhə də yer verilib.
Məqalə ilə daha ətraflı qəzetin saytında tanış olmaq mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31