Uğurlu xarici siyasət kursu Azərbaycanın müttəfiqlərinin sayını artırıb - ÖZƏL

"Ötən dövr ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə edilib, ölkəmiz regionda və dünyada mövqelərini xeyli gücləndirib. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması, Azərbaycan dövlətinin milli maraqlarının qorunması prioritet istiqamətlər kimi uğurla təmin edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Ülviyyə Həmzəyeva deyib: "
 "Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilib. Müstəqil daxili və xarici siyasət yürüdən dövlət başçısı milli maraqlarımızı layiqincə müdafiə edərək təhdidləri neytrallaşdırıb. Uğurlu xarici siyasət kursu Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Regional təşəbbüslər dövlətimizin beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsinə, eləcə də bölgədə uğurlu əməkdaşlıq formatının inkişafına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31