Sanki hamı bir-biri ilə bahalı və dəbdəbəli toy yarışına girib- ÖZƏL

"Bu da reallıqdır ki, bahalı və dəbdəbəli toy məclisləri artıq həyatımızın bir parçasına çevrilib. Sanki hamı bir-biri ilə bahalı və dəbdəbəli toy yarışına girib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  əslində insanlar bir-biri ilə yaxşı əməllərdə yarışmalı idilər:
"Allah qatında günah əməllərdən biri də israfçılıqdır. Qurani Kərimdə Allah-Taala israf edən insanlar barədə buyurur: "Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur" (əl-İsra, 27). İsrafçılıq özünü təəssüf ki,  toy və yas məclislərində də göstərir. Dünyada milyonlarla insanın aclıq və susuzluqdan əziyyət çəkdiyi bir zamanda bu qədər israfçılığa yol vermək ən azından insanlıqdan da uzaq əməldir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31