ABŞ təşkilatı 500 seçki məntəqəsində müşahidə aparacaq

ABŞ-nin "Oracle Advisory Group" təşkilatı 500 seçki məntəqəsində müşahidə aparacaq. 
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, bunu təşkilatın nümayəndəsi George Brinbaum bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, təşkilat 25 nəfər nəzarətçisi ilə 40 ərazidə 500 seçki məntəqəsində müşahidə aparacaq: "Hər üç saatdan bir daxili hesabat aparacaq və nəticələri ictimaiyyətlə bölüşəcəyik".

Qeyd edək ki, ABŞ-nin "ORACLE ADVİSORY GROUP" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31