Mirzoyan Vyanada Ermənistanın səfirləri ilə sülh gündəmini müzakirə edib
22 Yanvar 2024 11:58 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Ermənistanın Avropa ölkələri, ABŞ və Kanadada akkreditasiyadan keçmiş səfirləri, eləcə də, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi "X" sosial hesabında məlumat paylaşıb.
Bildirilib ki, Mirzoyanın çıxışından sonra Azərbaycan-Ermənistan sülh gündəmi müzakirə olunub.
Həmçinin, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31