Ölkəmizin başçısı iki yüz illik tariximizin qəhrəmanlıq səhifəsini yazdı- ÖZƏL
22 Yanvar 2024 11:37 Siyasət"2003-cü il prezident seçkilərində xalqın etmadını qazanan cənab İlham Əliyev ümummilli liderin siyasətini davam etdirdi. İqtisadiyyat görünməmiş sürətlə böyüməyə başladı. Ordu gücləndirildi. İllər keçdikcə Bakının, Azərbaycanın görkəmi dəyişdi. Yeni yollar yarandı, qonşularla siyasi-iqtisadi əlaqələr möhkəmləndi". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Emin Bağırovun sözlərinə görə, Azərbaycanın bu gün Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri sayılır: "Bundan başqa, Prezident İlham Əliyev qeyri-neft sektorunun ölkə iqtisadiyyatında xüsusi çəkisinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. İri infrastruktur layihələri reallaşdırıldı, nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünya iqtisadiyyatına daha yaxşı inteqrasiyasına imkan verdi. Ən əsası, 1990-cı illərin əvvəllərində müharibədə uduzan Azərbaycan 2020-ci və 2023-cü illərdə torpaqları geri almağı bacardı. Bu, təbii ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi bünövrədən yararlanmağı bacaran Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində mümkün oldu. Ölkəmizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə iki yüz illik tariximizin qəhrəmanlıq səhifəsini yazdı. Dünya liderləri, politoloqlar, hətta Azərbaycanı sevməyən qüvvələr belə İlham Əliyevin yürütdüyü milli maraqlar üzərində qurulan siyasətə heyranlıqlarını gizlətmədilər. Hətta etiraf etmək məcburiyyətində qaldılar ki, ümumxalq marağını hər şeydən üstün tutan belə liderə nadir hallarda rast gəlmək olar. Buna görə də, cənab İlham Əliyev iki əsrlik tariximizə xalqın qəhrəmanı kimi möhür vurdu. Prezident xalqının otuz il ərzində əlçatmaz, yuxu kimi görünən arzusunu reallığa çevirməyi bacararaq Qarabağı bizə qaytardı! Bununla yanaşı Prezident Əliyev Azərbaycanın dünyada önəmli aktor kimi tanınmasına nail oldu. Ölkəmizin dəstəyi olmadan Cənubi Qafqazda hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil".