Aİ bu gün Azərbaycan və Ermənistanı müzakirə edəcək
22 Yanvar 2024 10:39 SiyasətAvropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31