Ölkədə etibarlı sosial müdafiə sistemi formalaşıb - ÖZƏL
22 Yanvar 2024 10:37 Siyasət"Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin ailələri xüsusi diqqətdə saxlanılmış, onların sosial təminatının gücləndirilməsi istiqamətində bir sıra mühüm sərəncam və fərmanlarlar imzalanmışdır. Dövlət Başçımızın uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Sədaqət Vəliyeva deyib:
"Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunmuşdur".