20 Yanvar xalqımızın qəlbində hər zaman kədərlə yad ediləcək-Kazım Kazımov- ÖZƏL
20 Yanvar 2024 18:36 SiyasətPolitoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib ki,20 Yanvardan, xalqımızın başına gələn müsibətlərdən nə qədər bəhs etsək də əslində, burada soyuq siyasi bir proses dayanır- "Soyuq məntiqlə baxdığımızda əslində, 20 Yanvar niyə bizim başımıza gəldi? Bunun səbəblərini araşdırmaq üçün dövrün siyasi həyatına yaxından baxmalıyıq. 1980-ci illərə gəldiyimizdə Sovet İttifaqında ciddi problemlər meydana gəlmişdi. Xüsusən, Leonid Brejnevdən sonra Çernenkonun, Andropovun qısa sürən hakimiyyətləri və yaşlı liderlər nəsli SSRİ-nin xroniki və xüsusən, ciddi iqtisadi problemlərini həll edə bilmirdi, iqtisadiyyat günü-gündən pisləşirdi, xüsusən, 1980-ci illərin əvvəllərində neft qiymətlərinin sürətlə aşağı düşməsi böyük neft ixracçısı olan SSRİ-nin maliyyə vəziyyətini daha da ağırlaşdırırdı. Bilirik ki, o dövrdə Sovet İttifaqı liderliyinə ən real namizədlərdən biri mərhum ulu öndərimiz Heydər Əliyev idi. Lakin Heydər Əliyevi Kremlində görmək istəməyən ermənipərəst qüvvələr və başqa həm müsəlman olduğuna, həm azərbaycanlı kimliyinə görə, həm Heydər Əliyevin yalnız səriştəli insanları yanında saxlayacağını bildiklərinə görə Heydər Əliyevi deyil də Mixail Qorbaçovu iqtidara gətirdilər. Mixail Qorbaçov o vaxt iqtidara gəldiyində onu ilk baxışda müsbət qiymətləndirə biləcəyimiz bir neçə məziyyətləri var idi. Belə ki, Mixail Qorbaçov digər liderlərə baxdığımızda daha gənc idi. Siyasi bəlağəti daha yaxşı idi. Siyasi kariyerasında pillə-pillə addımlamışdı və müəyyən dərəcədə də tənqidi fikrə açıq biri kimi görünürdü. Hər zaman dəyişim mesajı verən bir liderə bənzəyirdi, elə də oldu. Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra ciddi şəkildə dəyişimdən danışmağa başladı. Hətta 1986-cı ildə ilk dəfə "yenidənqurma", "aşkarlıq" sözlərini işlətdi. Sovet xalqlarında ən azından bir ümid yarandı ki, artıq totaritar rejimdən daha demokratik, bu iqtisadi qapalı rejimdən daha açıq iqtisadi sistemə keçəcəklər, o cümlədən, azərbaycanlılar. Hərçənd ki, 1986-cı ildən 1990-cı ilə qədər Mixail Qorbaçovun heç bir iqtisadi, beynəlxalq-siyasi bacarığının olmamağı ortaya çıxmışdır. 1986-cı ildə yenidənqurma başlayanda Sovet İttifaqının iqtisadi vəziyyəti daha yaxşı idi, inflyasiya daha aşağı idi, sovet pulu daha dəyərli idi, sovet insanları daha yaxşı dolanırdı, nəinki, yenidənqurmanın 4-cü ilində, 1990-cı ildə artıq Sovet İttifaqında etnik münaqişələr, mərkəzdən qopmalar başlamışdı, Kremlində daha ciddi şəkildə ermənipərəst qüvvələr kök atırdı. Mixail Qorbaçov prosesi demək olar ki, Boris Yeltsinə-Rusiyanın o zamankı liderinə de-fakto uduzmağa başlamışdı. Belə olan təqdirdə, zahirən intellektual görünən, demokratiyadan, aşkarlıq siyasətindən danışan Mixail Qorbaçov bir anda şər maşınına çevrildi. Belə ki, əvvəlcə 1986-cı ildə Almatı hadisələri, 1989-cu ildə Tiflis hadisələri, daha sonra digər yerlərdəki Milli Azadlıq Hərəkatlarını və yaxud da digər narazı kütlələri silah zoruyla susdurmağa başladı. Biz bilirik ki, artıq 1987-ci ildə mərhum Heydər Əliyev Kremldən uzaqlaşdırılmışdı və Azərbaycan Kremldə demək olar ki, müdafiəsiz qalmışdı. Azərbaycan müdafiəsiz qaldığı bu dövrdə ermənipərəst qüvvələr Kremldə kök atmağa başladı. Onlar Mixail Qorbaçovun bu səriştəsizliyindən faydalanaraq Azərbaycana qarşı ərazi iddialarını yenilədilər. Əsrin əvvəllərində də bu iddiaları var idi, amma Sovet İttifaqı qurulduqdan sonra bunu gizlətmək məcburiyyətində qalmışdılar. Sovet İttifaqının zəiflədiyi dövrdə bunu daha yüksək səslə dilə gətirdilər. 1988-ci ildən artıq de-fakto Azərbaycan Kremlin və İrəvan tərəfindən təklənirdi. Belə olduğu təqdirdə təbii ki, Azərbaycan xalqı bir daha torpaq itirməklə razılaşmadı və 1988-ci ildən etibarən Azərbaycanda kütləvi nümayişlər, tətillər, mitinqlər dövrü başladı. Azərbaycanın haqq səsi getdikcə dünyada məşhurlaşdı. Artıq Azərbaycanın səsini Moskvada da, Leninqradda da, Kiyevdə də, digər şəhərlərdə də eşidirdilər. Mixail Qorbaçov başa düşürdü ki, Azərbaycan bu gedişlə Sovet İttifaqından ayrılacaq. Çünki, Azərbaycan xalqı nə istəyirdi o dövrdə? Ədalətli mühakimə, Qarabağın Azərbaycan xalqında qalmasını istəyirdi, Azərbaycan iqtisadi potensialına layiq olacaq şəkildə yaşamaq istəyirdi. Ancaq nə Azərbaycan iqtisadiyyatının potensialına layiq şəkildə yaşayırdı Azərbaycan xalqı, nə Qarabağ bizim lehimizə həll olundu. Digər tərəfdən də ki, Azərbaycana çox ögey bir münasibət var idi. Belə olan təqdirdə xalqımız haqlı olaraq Milli Azadlıq Hərəkatı başlatmışdı. Lakin Qorbaçov zor gücünə Azərbaycandakı xalq hərəkatını boğmaq üçün əvvəlcə xalq hərəkatının içərisinə, KQB argenturasına avantürist qüvvələri cəlb etdi. Bundan əlavə təəssüflər olsun ki, bəzən insanlar özləri də bilmədən Qorbaçov rejiminə xidmət etdilər. Belə ki, Azərbaycan rus qoşunlarının gətirilməsi üçün çalışan avatürist qüvvələr var idi. Bu avantürist qüvvələr istəyərək və ya istəməyərək Moskvaya xidmət edərək Azərbaycanda artıq yanvar ayının başlanğıcından etibarən rus qoşunlarının gəlməyi ilə dırnaq içərisində müvəffəq oldular. Azərbaycan xalqına göz dağı vermək üçün yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunu Azərbaycan xalqına bir divan tutdu. Dinc sakinləri, evində yatan, işdən qayıdan, işə gedən, təcili tibbi yardım maşınını sürən həkimlərə, kimlərə-kimlərə, ən adi günahsız insanlara bir divan tutdu. Mixail Qorbaçov bu divandan bəhs edərkən sanku Bakıda residivistlərin, radikal qüvvələrin məhv edilməsindən danışılırdı. Azərbaycan o gecə haqq səsini yanvarın 21-i Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycana qarşı divan tutulduğunu dedi. Heydər Əliyev xaricində haqq səsimizi duyuran olmadı. Digər tərəfdən də özünü dırnaqarası meydan bəyi adlandıran, Azərbaycan xalqını yolundan azdırmağa çalışanların heç biri 20 Yanvardan sonra özlərində cəsarət taparaq meydanlara bir daha çıxa bilmədilər. Azərbaycan xalqının beynəlxakq aləmdə müdafiə edə bilmədilər. Bu iş o zamanlar sadəcə Heydər Əliyevin çiyinlərinə düşmüşdü. 20 Yanvardan sonra Azərbaycan xalqı bir çox şeyi qəti şəkildə anladı. Birincisi, artıq Azərbaycan xalqının geri dönüşü yox idi. Çünki, Mixail Qorbaçov rejimi artıq Azərbaycana cəllad kəsilmişdi, Mixail Qorbaçov Azərbaycanı bundan sonra da qanına qəltan etməyə hazır idi. Naxçıvan Ali Məclisi ilk SSRİ-nin tərkibindən çıxmaq haqqında akt qəbul etdi, daha sonra 1991-ci ilin əvvəllərində Azərbaycanın üçrəngli bayrağı qəbul olundu, sonra suverenlik haqqında akt qəbul olundu. Daha sonra isə biz artıq bu SSRİ-nin bu geridönülməz dağılması prosesində müstəqilliyimizi elan etdik. Bir daha anladıq ki, Mixail Qorbaçov da, onun avantürist komandası da Azərbaycan xalqına divan tutmuşdur. 20 Yanvardan sonra biz Qarabağda Xocalı kimi bir faciəni də yaşadıq. Anladıq ki, Azərbaycan xalqına kömək edəcək tək qüvvə elə Azərbaycan xalqının özüdür. Buna görə də biz 20 Yanvarda hər nə qədər də tarixi acılar yaşasaq da əslində, həm Vətən müharibəsi dövründə, həm son antiterror tədbirləri dövründə biz başa düşdük ki, Azərbaycan xalqının qüdrəti də qüvvəti də yerindədir. Biz bu gün düşmənə layiqli cavabı verərək, bir yerdə Qorbaçovun bizə törətdiklərinin də, Xocalıda bizə qarşı vəhşilik törədən erməni daşnakların da cavabını verdil".