İtirən tərəf yenə də Ermənistan olacaqdır...-Sultan Zahidov- ÖZƏL

"Lavrov konfransdakı çıxışında qeyd edir ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanatların heç birində Zəngəzur dəhlizi barədə danışılmır".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a  açıqlamasında bildirib:

"Üçtərəfli bəyanatdan stat gətirir ki, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyanın bərpası və orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin yerləşdirilməsi nəzərdə tutulur. Paşinyanın bəyanatı ki, var, Azərbaycanla Naxçıcan arasında İran ərazisindən keçən marşrutun modeli Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən marşrutla əlaqələndirilməlidir, yəni ki, Azərbaycan və Naxçəvan arasında Ermənistandan keçəcək marşrutda da məhz elə İran modeli tətbiq olunmalıdır, Lavrov bununla bağlı açıqlamasında bildirdi ki, bunlar arasında heç bir əlaqə yoxdur. Həmin kommunikasiya xətlərinin gömrük və nəzarət sistemləri haqqında bütün razılaşmalar əslində əldə olunub. Sadəcə Qərbin müdaxiləsindən sonra bu proses geriləməyə doğru getdi. Bir növ, əsas günahkar, Lavrovun təbirincə desək, Qərbdir. Qərbin öz kirli maraqları var və s. Məhz bu səbəbdən də bu proses yubandı. Amma reallıq ondan ibarətdir ki, Rusiya Zəngəzur dəhlizində maraqlıdır. Niyə maraqlıdır? Çünki, Rusiya-Ukrayna müharibəsindən sonra bilirik ki, Rusiua bir neçə ildir ki, sanksiyalarla üzləşib. Rusiyaya bu baxımdan əlavə kanallar lazımdır ki, öz ticarətini, iqtisadiyyatını axsatmasın. Belə kanallardan biri də sözsüz ki, Türkiyədir. Türkiyəyə çıxış əldə etmək üçün Rusiyanın potensial imkanlarından biri də məhz elə Zəngəzur koridorudur. Bu koridorun vasitəsilə Naxçıvana, ordan da Türkiyəyə çıxış əldə etmək. Bu baxımdan Rusiya burada maraqlıdır, amma Rusiyanın istəyi ondan ibarətdir ki, həmin o koridorda üçtərəfli bəyanata uyğun olaraq Rusiyanın sərhədçiləri nəzarəti ələ keçirsin. Ermənistan buna qatı şəkildə qarşıdır. Ermənistan bildirir ki, Zəngəzur koridoru ümumiyyətlə, mümkün deyil. Belə bir yol açılacaqsa da burada Ermənistanın tam yurisdiksiyası və suverenliyi olmalı, eyni zamanda da Ermənistan Rusiya sərhədçilərinin yerləşdirilməsinə qarşıdır. Məsələ burasındadır ki, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, biz Ermənistanın həmin dəhliz üzərindəki yurisdiksiyasına və suverenliyinə qarşı deyilik. Sadəcə bizim bir qırmızı xəttimiz var ki, Azərbaycandan Naxçıvana gedəcək insanlar və yüklər hər hansı bir nəzarət buraxılış və gömrük məntəqəsindən keçməməlidirlər. Çünki, burada söhbət Azərbaycanın bir məntəqəsindən digərinə gedən insanlardan və yüklərdən gedir. Belə olan halda gömrük rüsumu və ya hər hansısa bir nəzarət sistemi tətbiq oluna bilməz. Məsələn, təklif olaraq Azərbaycan həmişə Kalininqrad modelini irəli sürür. Rusiyanın əsas hissəsi ilə Kalininqrad arasındakı o komminikasiya xəttini misal çəkir ki, həmin model də Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən həmin marşrutda həmin o Kalininqrad modeli tətbiq oluna bilər. Məsələ burasındadır ki, Ermənistan hələ bununla da bağlı qəti bir cavab verməyib. Bu proses bu baxımdan yubanır. Digər tərəfdən görürük ki, İran da əslində, belə bir dəhlizin açılmasına qarşıdır. İran istəyir ki, Azərbaycanla Naxçıvan arasında bütün kommunikasiyalar elə məhz İran ərazisindən keçsin. Hətta Azərbaycanla İran arasında 2022-ci ilin martında bununla bağlı razılaşma da imzalandı ki, Ağbənddən İran ərazisinə keçməklə Naxçıvana həm dəmiryolu, həm də magistral avtomobil yolu çəkiləcək. İranın burada əsas məqsədi odur ki, İran həm Azərbaycan, həm Ermənistan üzərindəki bu geostrateji əhəmiyyətini saxlamaq istəyir. Əgər Azərbaycan Ermənistan arasında birbaşa kommunikasiyalar açılsa, İranın bu baxımdan sözsüz ki, geostrateji əhəmiyyəti azalmış olacaqdır. Biz görürük ki, bu dəhliz ətrafında böyük oyunlar gedir, dövlətlərin geosiyasi rəqabəti, məkrli planları, Qərb öz oyununu oynamağa çalışır, Çin bu layihədə maraqlıdır. Zəngəzur dəhlizi Çinin irəli sürdüyü "Bir kəmər bir yol" layihəsinənin vacib hissəsi ola bilər. Azərbaycan və Türkiyə sözsüz ki, bu yolun həyata keçməsində maraqlıdırlar. Çünki, bu yol Şərq-Qərb ticarət dəhlizinə böyük töhfə verəcək. Rusiya da dediyim kimi maraqlıdır. Amma Ermənistan prosesi yubadır. Bu da sözsüz ki, real nəticələrin əldə olunmasına maneçilik törədir. Rusiyanın İrəvanla davasının əsasında bu durur. Rusiya bu dəhlizin qısa zamanda açılmasını istəyir, Ermənistana hər cür təzyiqi göstərir. Amma Paşinyan Qərbə arxalanaraq kommunikasiya xətlərinin açılma prosesini yubadır. Azərbaycanın da mövqeyi qətidir, əgər Ermənistan bu dəhlizdə Azərbaycana qarşı nəzarət buraxılış və gömrük mexanizmləri tətbiq edəcəkdə, Azərbaycan o zaman Ermənistanla heç bir şəkild, sərhədin heç bir yerində öz sərhədini açan və kommunikasiya xətlərini bərpa edən deyildir. Digər tərəfdən Ermənistanın Azərbaycana Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunikasiyayla bağlı təklif etdiyi marşrut əlverişsiz, relyefi çətin olan bir marşrutdur ki, Azərbaycan buna da qarşıdır. Bizim mövqemiz odur ki, bu yol Mehridən keçməlidir, Zəngilanla Naxçıvanı birləşdirməlidir. Eyni zamanda da gömrük və nəzarət buraxılış mexanizmləri tətbiq olunmamalıdır. Ermənistan razı olacaqsa biz buna varıq. Əgər verməyəcəksə biz İranla onsuz da Naxçıvana yeni kommunikasiya xətləri çəkəcəyik, burada itirən tərəf yenə də Ermənistan olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31