İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 2024 10:45 SiyasətQanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi.
Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31