Əli Məsimli qanunvericilik təşəbbüsü ilə çıxış edib

Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin yanvarın 16-da keçirilən iclasında həmin komitənin sədr müavini, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli qanunvericilik təşəbbüsü ilə çıxış edib. "Olaylar"ın məlumatına görə, Əli Məsimli bildirib ki, bu ilin sonlarında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi çox mötəbər bir tədbir keçiriləcək. Bununla əlaqədar olaraq yəqin ki,bu il, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri olan "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmiş prioritetə,eləcə də 25 dekabr 2023-cü il tarixli xüsusi Prezident Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ciddi və gərgin fəaliyyət ili olacaq.Bu isə öz növbəsində məntiqi olaraq bir sıra yeni normativ-hüquqi aktların irəli sürülməsi, eləcə də mövcud qanunlarda dəyişikliklərin edilməsini şərtləndirəcək:

"Bildiyimiz kimi, ölkənin regionlarının inkişafında və əhalinin güzaranında aqrar sahə əsas rol oynayır. Bu sahədə həllini gözləyən vacib problemlər sırasında su ehtiyatlarından səmərəli istifadə və suvarma məsələsi xüsusi yer tutur. Məlumdur ki,Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik olan ölkədir və əkinçilikdə dəmyə sahələrin miqyası kifayyət qədər böyükdur. Bu baxımından quraqlıq olan illərdə məhsuldarlıq olduqca aşağı səviyyədə olur. Kəndli nəinki gəlir əldə edə bilmir, qoyduğu sərmayədən belə məhrum olur və müflis duruma düşür.Apardığımız araşdırmalar göstərir ki, quraqlı nəticəsəndə böyük məhsul itgisinə məruz qalan fermer ailələrin çoxunda 3-5 uşaq böyüyür vəonlar da bu hadisənin təsərrüfatlara mənfi təsirindən ziyan çəkmiş olurlar. Bu mənada quraqlıq əslində təbii fəlakət hesab edilməlidir. Çünki, təbii fəlakət dedikdə insanın müdaxiləsi olmadan baş verən,həyata və insanlara mənfi təsir göstərən hadisələr başa düşülür. Ümumiyyətlə, təbii fəlakətlə iqlim hadisələri,geomorfoloji proseslər, bioloji amillər və ya məkan hadisələri səbəb olur. Bu hadisələr həddini aşdıqda fəlakət sayılır. İqlimlə əlaqəli təbii fəlakətlərə tropik siklonlar, daşqınlar,quraqlıq, meşə yanğınları, tornado, isti dalğalar və soyuq dalğalar daxildir. Göründüyü kimi təbii fəakətlərin növlərindən biri də quraqlıqlardır. Quraqlıqlar zamanı uzun müddət yağışın olmaması və nəticədə yüksək temperatur şəraitində bitkilərin məhsuldarlığı aşağı düşür,xeyli sahələr sıradan çıxır və heyvanlar tələf olur.

Son iki ildə ölkəmizdə aqrar sığortanın tətbiqinə başlanılıb. Lakin qeyd etməliyik ki, sığorta zərfinə quraqlıq hadisəsi düşməyib. Axı sel, dolu və sair hadisələrlə yanaşı,dəmyə əkinçiliyinin tətbiq olunduğu bölgələrimizdə quraqlıq hadisəsi daha böyük ziyan vurur. İlin quraq keçməsi bizim iradəmizlə əlaqəli deyil və ona qarşı mübarizə üsulları yoxdur. Halbuki, yanğına qarşı təhlükəsizlik tədbirləri görülə bilər, doluya qarşıdolu dağıdan vasitələrdən yararlana bilərik və s. Eyni zamanda sonuncu sadaladığımız hadisələr kütləvi olmur, lokal-məhəlli xarakterli olur. Quraqlıq isə bütün bölgəni əhatə edir".

Əli Məsimli qeyd edilənlərdən çıxış edərək "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər haqqında Azərbaycan Respublikası Qanununun layihəsini müvafiq prosedur qaydalarına uyğun şəkildə Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə çıxarılması üçün təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31