Cənubi Qafqazda təhlükəsizlik problemləri qalmaqdadır- ÖZƏL

"Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi, xüsusilə Quru Qoşunlarının komandanlığına Vətən müharibəsi qəhrəmanı, ikinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlıq etmiş general-leytenant Hikmət Mirzəyevin gətirilməsi ordunun  döyüş qabiliyyətinin artırılmasına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə gətirib çıxaracaq. Bununla Azərbaycan ordusunun Türkiyə modelinə keçməsi uğurla həyata keçiriləcək".  "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, general -leytenant Hikmət Mirzəyev milli kadr olaraq Ermənistan ordusu ilə  girdiyi döyüşləri qələbə ilə başa çatdırıb:
"Cənubi Qafqazda təhlükəsizlik problemləri qalmaqdadır. Dünyada yeni hərbi böhranlar inkişaf edir. Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Azərbaycan ordusu təkcə xüsusi təyinatlılardan və komando hərbi birliklərdən ibarət deyil. Ordunun Türk -NATO modelinə keçməsi üçün əlavə vəsait və ciddi maliyyə xərcləri tələb edir. Müasir döyüş qabiliyyətinin artırılması üçün  məhz davam etməkdə olan köhnə modeldən imtina etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31