Fransadan hər cür pisliyi və ədalətsizliyi gözləyirik - Oqtay Qasımov - ÖZƏL
16 Yanvar 2024 16:30 Siyasət"Fransanın Azərbaycana qarşı düşmən mövqeyi təbii ki, bizi təccübləndirmir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Fransa senatı həmin qurumdur ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Qarabağın dırnaqarası müstəqilliyini tanıyan qətnamə qəbul etmişdir. Hal-hazırda da bu proses davam etməkdədir. Nəzərə almaq lazımdır ki, Qarabağdan ermənilərin kütləvi köçünün təşkil olunmasında Fransanın rolu var. Fransa əslində, Azərbaycana heç bir təsir etmək imkanının olmadığını görüb belə bir təxribatı həyata keçirməklə sonradan Azərbaycana qarşı beynəlxakq təzyiqlərin təşkilinə nail olmağa çalışıb. Bu addım da növbəti düşmən mövqeyinin nümayişi olacaq. Təbii ki, biz Fransadan hər cür pisliyi və ədalətsizliyi gözləyirik. Buna qarşı da adekvat addımlarımızı təbii ki, atacağıq. Yəni, bu məsələ hələ uzun zaman bölgəyə nüfus etmək, öz təsir imkanlarını artırmaq istəyən dövlətlərin əlində bir təzyiq vasitəsi olaraq qalacaq deyə düşünürəm. Ona görə də Fransanın bu addımları bizi təəccübləndirmir".
Qeyd edək ki, Fransa senatının yanvarın 17-də Azərbaycanı pisləyən və ermənilərin Qarabağa qayıtmaq hüququnu tələb edən qətnamə qəbul edəcəyi haqqında məlumatlar. yayılıb. Xəbərə görə qətnamədə Azərbaycana qarşı sanksiyaların tələbi də olacaq.