Cənab Prezident İlham Əliyevin sözü imzası qədər dəqiqdir! - ÖZƏL

Ramiz Alıyev: "Onlar küçə həyatından siyasətə gələn adamlardır" 

"Simonyanın bu cür fikirlər səsləndirməsi əslində qeyri-adi gəlməməlidir. Çünki, biz dəfələrlə görmüşük ki, Ermənistanda müxtəlif vəzifə sahibləri, hakimiyyət nümayəndələri bir-birini təkzib edən açıqlamalar verirlər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev bildirib:

"Simonyanın və digərlərinin özlərinə lider bildikləri Nikol Paşinyan bu gün bir bəyanat verərək, səhəri gün o bəyanatın tam əksinə sözlər deyərək gündəmə gəlirsə, bunu biz təəccüblə qarşılamamalıyıq. Simonyan dəfələrlə özünün bir-birini təkzib edən fikirləri ilə gündəmdədir. Hesab edirəm ki, Simonyan yenidən Ermənistan xalqının və hazırkı hakimiyyətdən narazı olan kütlələrin rəğbətini qazanmaq istəyir. Ona görə də, bu cür fikirlər səsləndirir. Bundan öncəki fikirlərinə baxsaq, Simonyan açıq-aşkar bildirmişdi ki, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinə hazırdır və kənar qüvvələrin təsiri olmadan da bu münasibətlər qurula, müqavilə bağlana bilər. Simonyanın bugünki fikirləri də onu göstərir ki, sanki Ermənistan arxasına güc alıb, Azərbaycanın dediklərini və Paşinyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçıracaqdır. O, danışanda yəqin ki, onda beyin pozuqluğu varmış, 3 il öncəki hadisələri unudur. Eyni zamanda 4 ay bundan öncə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərini yada salsa, görəcək ki, Azərbaycan dediyi sözün üzərində necə dayanır və Azərbaycan haqlı olduğu halda hansı addımlar ata bilər. Bunu Simonyan, Paşinyan və onun komandası çox gözəl bilir. 
O ki qaldı Simonyanın Cənab İlham Əliyevin sözlərinə münasibət bildirməsi, nəyin səhv, doğru olduğunu müzakirə etməsi, bu nə Simonyanın ağıl dərəcəsinə uyğun deyil, nə də Simonyan və onun kimilərin həmin bəyanatı, sözləri araşdırmaq imkanı ola bilməz. Çünki, onlar küçə həyatından siyasətə gələn adamlardır. Ona görə də, idarəçiliyin nə olduğunu, dövlət adamının necə olması gərəkdiyini bilmirlər. Onlar küçədən çıxmış, Soros fondunun dəstəyi ilə hakimiyyətə gələn adamlardır, belə şeyləri bilməzlər. Deyəsən, Simonyan "Dəmir Yumruq"u unudub. O və onun hakimiyyət nümayəndələrinin ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin fikirlərini müxtəlif formalara salması, yozması onlar üçün heç də yaxşı nəticələr verə bilməz. Çünki, Ermənistan xalqı çox yaxşı bilir ki, Cənab Prezident İlham Əliyevin fikirləri, sözləri 60 milyona yaxın olan azərbaycanlıların sözləridir. Eyni zamanda Cənab Prezidentinin sözlərinin ardında necə durduğunu tək Azərbaycan və Erməni xalqı bilmir, bunu Avropa dövlətləri və böyük güc sahibi olan dövlətlər də bilirlər. Cənab Prezident İlham Əliyevin sözü imzası qədər dəqiqdir! Cənab Prezident əgər fikirlərində bildiribsə ki, Ermənistan tərəfi nəticə çıxarmalı və üzərinə götürdükləri öhdəlikləri zamanında yerinə yetirməlidir, yerinə yetirməyəcəksə, yenidən "Dəmir Yumruq"u görəcəkdir. Bu sözlər qüvvəsindədir və Azərbaycan xalqı hər kəliməsini dəstəkləyir. Simonyanın əgər buna şübhəsi varsa, ki hesab edirəm ola bilməz, çünki, Simonyan kimi şübhəsi olmağa cəhd göstərənlər müharibə başlayanda qaçıb gizlənmişdi. "Dəmir Yumruq"u yenidən görmək istəyənlər də xəndək qazıb gizlənə bilərlər. 
O ki qaldı anlaşmağa, sülh müqaviləsinin mahiyəti ondan ibarətdir ki, hər iki tərəfin qarşılıqlı anlaşması nəticəsində sülh müqaviləsi bağlansın və razılığa gəlinsin.Azərbaycanın Ermənistan tərəfinin kapitulyasiya aktının imzalanmasında güzəştə getməsi və müharibənin dayandırılması Ermənistan üçün böyük güzəşt idi. Ermənistan diz çöküb o akta imza atarkən bunu düşünməli idi. Ermənistan xalqı və hazırkı hakimiyyətinin gedib Rusiya dövlətinə və başçısına təşəkkür etməlidir ki, müharibənin dayandırılmasında vasitəçi oldu və Cənab Prezident də razılıq verdi ki, müharibə dayansın. Yoxsa, nə Simonyan, nə də Paşinyan indi hakimiyyətdə deyildi".

Qeyd  edək  ki,  Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamasına  Ermənistanın cavabını şərh edən  Ermənistan parlamentinin spikeri Alen   Simonyan deyib ki, "kəskin" heç nə baş verməyib. Mümkün sülh müqaviləsindən danışan Simonyan deyib ki, gözlənilən müqavilənin bütün bəndləri hər iki tərəfə aid olacaq. "Müqavilə layihəsində yalnız bir tərəfə aid olan heç bir şey yoxdur. Məsələn, biz qoşunların geri çəkilməsi haqqında danışarkən, güzgü [qarşılıqlı] geri çəkilmədən danışırıq. Bütün deyilənlər  həm Azərbaycana, həm də Ermənistana aiddir", - Simonyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31